Paytaxtda sakinlərə problem yaşadan kafelər – Kimi istirahət edir, kimi də əziyyət çəkir... - FOTO

Paytaxtın müxtəlif yerlərində yaşayış binasına bitişik halda və ya binanın ətrafında kafe-kababxana yerləşir.
Avtosfer.az xəbər verir ki, bu tip kafelər binanın sakinlərinin problem yaşamasına səbəb olur.
Nümunə üçün təqdim edilən fotoya nəzər salsaq, bu kafeyə görə binanın sakinləri öz pəncərələrinə, eyvanlarına yaxınlaşa bilirlər? Müştərilərin diqqəti onlara yönəlmir?
Hələ müştərilərin səs-küyü, dalaşması, ümumiyyətlə, təhlükəsizliklə bağlı tədbirlərin hansı səviyyədə olduğunu qeyd etmirik.
Qeyd edək ki, bu yaxınlarda İzmir küçəsində yanğının baş verdiyi restoranlar da yaşayış binasına bitişik obyektlər idi. Yanğın həmin restoranların əlavə tikilmiş artırma hissələrində baş vermişdi. Yüksək temperaturdan bir mənzilin pəncərələri də deformasiyaya uğramışdı. Həmçinin bu tip obyektlərin yerləşdiyi Məhəmməd Xiyabani küçəsində söküntü işlərinin aparıldığı da bildirilib. Bunlar səkini və yaşıllıq sahəni uzun illər zəbt edən kababxanalar idi.
Məhəbbət Tərlanoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













