Paytaxtın təhlükə mənbəyinə çevrilən zibil qabları - FOTO

Paytaxtın müxtəlif ərazilərində dayanma-durma qaydalarını pozan sürücülərə tez-tez rast gəlirik. Avtomobillər üçün nəzərdə tutulmayan yerlərdə xüsusilə piyada səkilərində, keçidlərdə, parklarda maşınını saxlayan şəxlərin sayı, təəssüf ki, durmadan artır. Yaranmış vəziyyət qanuna zidd olmaqla yanaşı insanların işini çətinləşdirir, bəzən qəza təhlükəsi belə yaradır.
Son günlərdə məişət tullantıları üçün ayrılmış yerlərin önündə avtomobillərin park edilməsiylə bağlı şikayətlər çoxalıb. Məsələylə bağlı izləyicilərimiz Avtosfer.az-a fotoşəkillər göndərib. Bildiriblər ki, bəzi sürücülər avtomobillərini zibil konteynerlərinin qarşısında saxlayaraq həm sakinlərə, həm də təmizlik işçilərinə maneə törədirlər. Elə fotoşəkildən də göründüyü kimi, “Khazar” markalı avtomobillər zibil qablarının önünü kəsərək ard-arda parklanıb. Nəticədə yaranmış hal insanların zibil atmasına, konteynerlərin təmizlənməsinə əngəl yaradır. Vəziyyətdən çıxış yolu kimi isə təmizlik işçiləri və ya vətəndaşlar küçələrdə zibil qabını qoyulduğu hissədən önə - yola çıxarılır. Bu isə xoşagəlməz mənzərə yaratmaqla yanaşı həm də ciddi təhlükə mənbəyidir. Xüsusilə gecə saatlarında zolaqla hərəkətdə olan avtomobilin sürücüsü zibil qabını görməyə bilər və nəticədə qəza yaranar.
Nərmin
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ











