Pensiya ilə bağlı yeniliklərin tətbiqinə başlanıldı - VİDEO

Yanvarın 1-dən etibarən Azərbaycanda bir sıra qanunlar qüvvəyə minir.
Yanvarın 1-dən pensiya və vergi güzəştləriləri ilə bağlı bir sıra yeniliklər tətbiq olunur.
Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bunun nəticəsində əmək pensiyalarında artım qeydə alınacaq.
Dəyişikliklər vətəndaşaların pensiyaya çıxma imkanlarını genişləndirəcək.
İşğaldan azad edilmiş ərazinin rezidentləri isə yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilir. Bu, Vergilər Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Bundan başqa, əlavə dəyər vergisini geri alma mexanizmi də dəyişir.
Bu ildən etibarən ilk dəfə olaraq pensiyalarda vahid indeksiasiya mexanizmi tətbiq olunacaq. Bu isə əvvəlki dövrlərdə pensiyaları indeksasiya olunmayan təxminən 90 min vətəndaşın bundan yararlanmasına imkan verəcək. Bu il eyni zamanda ilk dəfə olaraq yaşayış minimumu və ehtiyac meyarının hədləri bərabərləşəcək.
Bu gündən qüvvəyə minən "Qida təhlükəsizliyi haqqında" qanundakı dəyişikliklərə əsasən Qida Təhlükəsizliyi Reyestri yaradılacaq. Qeydiyyata alınmış qida subyektləri və ya qida obyektləri adıçəkilən reyestrə daxil ediləcək. Onlara reyestrdən elektron və ya yazılı çıxarış veriləcək.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI











