Perinatal Mərkəzdən KTM-ə aparılan körpələrdən altısının vəziyyəti ağırdır - FOTO - YENİLƏNİB

“KTM-ə gətirilən 15 uşaqdan səkkizi reanimasiyaya yerləşdirilib. Onlardan altısının vəziyyəti ağırdır”.
Bunu oxu.az-a açıqlamasında KTM-in Yenidoğulmuşlar Şöbəsinin uzman pediatr neonatoloqu Aysel Qədimova deyib.
O bildirib ki, gətirilən uşaqlardan heç birində yanıq xəsarəti yoxdur:
“Uşaqlardan altısının vəziyyəti ağırdır. Onlardan üçü süni tənəffüs aparatına, üçü CPAP (ağciyərlərin süni havalandırılması rejimi aparatı - red.) aparatına qoşulub. Reanimasiyada olan uşaqların yaxın zamanda normal palataya köçürülməsi gözlənilmir. Digər yeddi uşaq isə intensiv nəzarət şöbəsindədir, ümumilikdə uşaqlardan altısı qız, doqquzu oğlandır”.
13:55
Yanğın baş verən Perinatal Mərkəzdən 16 yenidoğulmuş “Yeni Klinika”ya köçürülüb.
Oxu.Az xəbər verir ki, bunu “Yeni Klinika”nın Neonatologiya Şöbəsinin müdiri Əkbər Quliyev deyib.
O bildirib ki, yanğından təxliyə olunan beş hamilə, doqquz zahı və 16 yenidoğulmuş “Yeni Klinika”nın müvafiq şöbəsinə yerləşdirilib:
“Vəziyyətləri stabildir, lazımi müdaxilə edilib. Perinatal Mərkəzin həkimləri ilə əlaqə saxlanılır və uşaqlara hansı müalicələr aparılıbsa, eyni müalicə protokolları davam etdiriləcək”.
13:09
“Kliniki Tibbi Mərkəzə yanğın baş vermiş Perinatal Mərkəzdən gətirilən 15 uşaqdan 8-i reanimasiya şöbəsinə yerləşdirilib”.
Bunu Oxu.Az-a açıqlamasında KTM-in Yenidoğulmuşlar Şöbəsinin müdir əvəzedici Şəhla Abdullayeva deyib.
“Reanimasiyadakı uşaqların müalicələri davam etdirilir. Digər yeddi yenidoğulmuşun vəziyyəti stabildir, həkim nəzarətində saxlanılır”.
12:50
“Respublika Perinatal Mərkəzində yanğın hadisəsindən sonra şöbəmizə 15 körpə daxil olub”.
Oxu.Az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin uzman həkimi Ramin Mahmudov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, körpələr xəstəxanaya daxil olduqları zaman vəziyyətləri stabil olub:
“Hazırda körpələrə bütün lazımi yardımlar göstərilir. Körpələrin vəziyyəti stabildir. Hansısa patologiya görülmür”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Perinatal Mərkəzdən 26 uşaq köçürülüb. Onlarda 11-i Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına aparılıb.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











