“Peyğəmbər ölən arvadlarına yas saxlamayıb” - Elşad Miridən qalmaqallı açıqlama

“İslamda yas saxlamaq anlayışı yoxdur”.
Yenisabah.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri deyib. Bildirib ki, Quranda ölünü basdırmaq, ona nə qədər yas saxlamaq kimi ifadələr yer almayıb:
“İslamın yeganə mənbəyi Quran kitabıdır. Digər mənbələr İslam ola bilməz. Qurani-Kərimdə 6236 ayə var. İslam bu ayələrin sadəcə dirilər üçün olduğunu nəzərə alır. Bu kitabda ölünü necə basdırmaq, neçə gün yas saxlamaq və s. ifadələr yer almayıb. Quranın 36-cı surəsi Yasindir. Təəssüf ki, günümüzdə bu surə ölülər üçün oxunan bir dua halını alıb. Həmin surənin 70-ci ayəsində deyilir ki, bu kitab diri olanları xəbərdar etmək üçün göndərilib. Orada oxunanlarda günəşin hərəkət istiqamətindən bəhs olunur. Bunun ölən şəxsə hər hansısa bir aidiyyatı varmı? Təbii ki, xeyr”.
İlahiyyatçı vurğulayıb ki, günümüzdə özünü din adamı adlandıran şəxslər bir sıra dövrlərin adətlərini dini qayda olaraq bizə inandırmağa çalışırlar:
“Bir insan vəfat etdiyi zaman neçə gün yas saxlanılmalıdır?” sualının cavabı hər kəsə görə dəyişir. Buna vaxt qoymaq mümkün deyil. Hazırda vəfat edən şəxsin 3,7,40 və il anlayışları müəyyən dövrlərin adət-ənənəsinin günümüzə yansımasıdır. Qədimdə formalaşdırılan adət-ənənələr özlərini din xadimi adlandıranların din biznesi halına gətirdiyi bir mövzudur. Peyğəmbərin sağlığında 6 övladı ölüb, xanımları, yaxınları dünyasını dəyişib. Hansı birinə yas saxlayıb? Hansı birinə bu qədər ehsan verib? Heç birinə. Çox təəssüflər olsun ki, biz bu gün islamı yas olduğu zaman, yuxuda nənə-baba görəndə Quran oxutdurmaq kimi anlayıb təqdim edirik. Bunların islama heç bir aidiyyatı yoxdur”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










