PFL rəsmisi Ağdamda düşdükləri dəhşətli qəzanı BELƏ XATIRLADI - FOTO

Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya düşən Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov hadisə barədə yazıb.
O, feysbuk hesabında bu barədə paylaşım edib.
"Vəziyyəti başa düşməyimiz çox zaman almadı. Bir də gördük, kimsə çöldən şüşəni sındırır, sonra onu görə bilmədim. Ümumiyyətlə, həmin vaxt bizə çox operativ dəstəklər gəldi. İlk növbədə "Qarabağ"ın baş meneceri Asif Əsgərova (06:25) xəbər verdik, yolda olduğunu bilirdik..
İsrar elədik ki, hamını Bərdəyə aparsınlar, sağ olsunlar, sözlərimizə qulaq asdılar. Hadisə yerində edilən ilkin müdaxilələr möhtəşəm idi, hamı öz ailəmiz kimi davrandı. Bakıda xəstəxanalardan birinə zəng edəndə təcili yardım maşınında yolda idik. Elnur (sürücü) bizə videonu göstərəndə dəhşətə gəlmişdik.
"Yaxınısız?" sözünün məsuliyyəti nə qədər ağır imiş?! Amma şükür, gözlənilən ən pis ehtimalların heç biri olmadı.
Elnur Məmmədovun (AGİN) səsində olan kədəri ifadə etmək üçün gərək Dostoyevski olasan, Sərxan Hacıyev gecənin bir aləmi hadisəyə dərhal reaksiya verdi, Fərid Qayıbovla danışdıq, bütün əlaqələrini işə saldı, özü ilə danışmasaq da, Rövnəq Abdullayevin necə kritik addımlar atdığını sonradan öyrəndik.
Bütün bu proseslərin sonunda çox kritik ilkin müdaxilələr davam edirdi (insanların qarışqa kimi işləməsindən bunu başa düşürdük). Bərdəni ilk olaraq Aslan tərk etdi (səhv etmirəmsə, Yevlaxdan gələn təcili tibbi yardım maşını ilə), daha sonra Sənan, Zaur, Rasim (sürücü) və mən çıxdıq, bizdən 20 dəqiqə sonra Elxan müəllim xəstəxanadan gələn təcili tibbi yardım maşını ilə reanimasiyaya təhvil alındı.
Bütün ailələrə xəbər verdik, amma xəstəxanaya çatanda ailələrimizin çox olduğunu gördük".
Elgiz Abbasov bildirib ki, o və Zaur Hacı Məhərrəmov artıq evdədirlər: "Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var". (milli.az)
Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI











