Piyada zolaqlarınından düzgün istifadə edilmir - VİDEO

Gündəm 13 May 2015 11:52 Oxunub 1349
Piyada zolaqlarınından düzgün istifadə edilmir  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadalar onlar üçün ayrılan yerdən yolu keçməyə çalışsa da, maşın sahibləri onlara yol vermir

Bakının, şəhərin əksər yerlərində yeraltı və yerüstü keçidlərin kifayət qədər olmasına baxmayaraq bəzi vətəndaşlar onlardan istifadə etməyə vərdiş edə bilmir. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, istər cərimələrə, istərsə də maarifləndirci tədbirlərə baxmayaq sakinlər piyada keçidini qoyub avtomobillərin şütüdüyü yolla keçməyə üstündük verirlər.

Avtomagistrallarda bir başa insanların təhlükəsizliyini təmin etmək üçün keçidlər inşa olunsa da, onlar piyada üzünə demək olar ki, həsrətdir. 

Paytaxt küçələrində aparılan müşahidlər zamanı da bu kimi qayda pozuntusuna yol verən sakinlərə rast gəlindi.

Bəzən piyadalar onlar üçün ayrılan yerdən yolu keçməyə çalışsa da, maşın sahibləri onlara yol vermir. Bu isə əksər hallarda haqlı narazılığa gətirib çıxarır. 

Müşahidələr göstərir ki, payatx küçələrində ürək açan mənzərələr də az deyil. Əlbəttə ki, söhbət piyada keçidlərindən normal istifadə edənlərdən gedir. İstər nəqliyyat vasitələrinin sahibləri, istərsə də piyadalar nizamlanmayan keçidlərin qaydalarına tam riaəyət edirlər.

Belə çıxır ki, artıq çoxu qadağan olunan yerlərdən piyadaların keçməsinin çox vaxt ölümlə nəticələnən hadislərə şərait yaratdığını yaxşı bilir. Baş dövlət yol polis idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyevin sözlərinə görə, qayda pozuntuları və piyadaların vurulması ilə nəticələnə hadisələrin əksəriyyəti əsasən sutkanın qaranlıq vaxtı və yağmurlu hava şəraiti zamanı qeydə alınır: “Piyada keçidinə daxil olmuş və ya daxil olmaqda olan piyadaya yol verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulub. Amma sözsüz ki, əgər piyada birinci zolağa daxil olursa, nəqliyyat vasitəsi üçüncü zolaqla hərəkət edirsə, əlbəttə o piyadanı gözləməyə də bilər. Çünki, piyadanın ona çatmasına ən azında 6-7 saniyə var. 6-7 saniyədə həmin nəqliyyat vasitəsi 100 metirdən çox məsafə qət edə bilər“.

Bu kimi halların qarşısını almaq və hadisələrin sayını azaltmaq üçün müvafiq cərimələr də tərtib olunub. Piyadalar üçün cərimə 20 manat olduğu halda, avtomobil sahiblərinə 50 manat nəzərdə tutulur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh