Polis Akademiyasına tələbə “düzəldən” qadın tutuldu

Bakıda vətəndaşları aldadaraq pulunu mənimsəyən 53 yaşlı qadın axtarışa verilib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Esmira Bayramova ötən ilin noyabr ayından axtarışa verilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli-miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb.
E.Bayramova vətəndaşlara övladlarını Daxili İşlə Nazirliyinin Polis Akademiyasına tələbə kimi qəbul etdirəcəyinə söz verərək külli miqdarda pul alıb. Lakin abituriyentlərin heç biri Akademiyaya qəbul olunmayıb. Bundan sonra valideynlər aldandıqlarını başa düşüblər və qadından pullarını tələb ediblər. E.Bayramova onları müxtəlif bəhanələrlə bir müddət gözləməyə məcbur edib, sonra isə onunla əlaqə saxlamaq mümkün olmayıb.
Valideynlərin polisə müraciətindən sonra Nərimanov Rayon Polis İdarəsi tərəfindən axtarış elan edilib.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində axtarışda olan Esmira Bayramova saxlanılıb. Araşdırma aparılır.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












