Polis bu yolda sürücüləri niyə cərimələyir? - VİDEO

Paytaxtın Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel Prospektini birləşdirən yoldan istifadə edən sürüclər problemlə qarşılaşırlar. Problemdə ondan ibarətdir ki, Süleyman Əhmədov küçəsindən prospekt istiqamətində şəhərə tərəf olan hissədə yolda 2 zolaq, Zığ şossesi tərəfə olan hissədə isə bir zolaq çəkilib. Nəticədə də Zığ şosessi istiqamətinə gedən sürücülər məcbur qalıb ortada olan təhlükəsizlik adacağında avtomobil saxlayırlar ki, bu da onların 40 manat miqdarında cərimə edilməsi ilə nəticələnir.
Yeni təmirdən çıxmasına baxmayaraq sürücülər bu yoldan istifadə edən zaman problemlə qarşılaşırlar.Bu yolun bir istiqamətində zolaqların sayının az olması tıxac yaratmaqla yanaşı,həm də sürücülərin cərimələnməsinə səbəb olur.
Bura Bakının Xətai rayonu Süleyman Əhmədov küçəsi ilə Nobel prospektini birləşdirən yoldur.. Rayonun NZS qəsəbəsindən gəlib üzü Zığ şosessi istiqamətinə gedən sürücülər zolaqların azlığından şikayyətçidirlər.Onların sözlərinə görə,yolda şəhər istiqamətinə daha geniş yer ayrılıb,Zığ şosessi istiqamətinə isə bir zolaq çəkilib.Buna görədə Zığ şosessi tərəfə getmək istəyən sürücülər ortada çəkilən ''Təhlükəsizlik adacağın''da saxlamalı olurlar.Bu zaman isə sürücülər 40 manat miqdarında cərimə edilir.Üstəlib bu istiqamətdə işıqforun yaşıl işiğının 15 saniyə yanması da tıxacın yaranmasına səbəb olur..
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki,Süleyman Əhmədov küçəsindən gələn nəqliyyat vasitələrinin daha rahat keçidini təmin etmək məqsədi ilə zolaqlarda genişləndirmə və kanallaşdırma işləri aparılsa vəziyyət yaxşılaşar.
Sürücülər problemin tezliklə həll olunmasını istəyirlər.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












