Polis taksi və kuryer xidməti ilə narkotik satanlara qarşı əməliyyat keçirdi - VİDEO

Narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı kuryer xidmətlərindən birinin işçisi paytaxt sakini Elvin Mustafayev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və idarə etdiyi motosikletdən 5 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan Suraxanı rayon sakini Rəşad Salmanov da saxlanılıb. Onun üzərindən və Bülbülə qəsəbəsindəki mənzilindən 21 kiloqram, o cümlədən 15 kiloqram heroin, 3 kiloqram metamfetamin, 3 kiloqram marixuana və narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar edilib. E.Mustafayev və R.Salmanov onlardan aşkar olunan narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə Qaradağ və Binəqədi rayonları ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















