Polislərin üstünə maşın sürən ermənini 5 il «iş» gözləyir - VİDEO

Mayın 1-də Rusiyanın Vladivostok şəhərində bayram yürüşü zamanı polislərin üzərinə maşın sürməyə cəhd etmiş Primorsk parlamentinin deputatı Artuş Xaçatryana qarşı hakimiyyət nümayəndələrinə zor tətbiq etmə maddəsi üzrə cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, işə xüsusi işlər üzrə müstəntiq baxır. Deputat günahkar bilinsə, onu 5 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, mayın 1-də deputat Artuş Xaçatryan öz yolsuzluq avtomobilində polis mühasirəsini yarmağa və nümayişçilərin bayram yürüşünün keçdiyi yola çıxmağa cəhd edib. Deputat onun qarşısını kəsən polis nəfərlərinə söyüş söyüb. Xaçatryan həmçinin inspektorun ayağının üstünə sürüb və o, xəsarət alıb.
İstintaq komitəsinin regional idarəsinin nümayəndəsi Avrora Rimskaya bildirib ki, deputatın saxlanılması məsələsi hələ qadırılmayıb, belə ki, o xəstəxanadadır. İnsidentdən sonra məlum olub ki, Xaçatryan ağır xəstədir. Onun hansı müddətə müalicə alacağı məlum deyil. Deputatın insidentlə bağlı təəssüfləndiyi bildirilir. Artuş Xaçatryan 2011-ci ildə deputat olub. O, “Vahid Rusiya” fraksiyasına daxildir. Parlamentin sosial siyasət və vətəndaş hüquqlarının müdafiəsi komitəsinin üzvüdür.
oxu.az
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












