Polşada meyiti tapılan Adilə Mehdiyeva ilə bağlı YENİ FAKTLAR

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib. Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə itkin düşüb. Mərhumun cəsədi tapılsa da, övladının taleyi ilə bağlı məlumat yoxdur.
Avtosfer.az bildirir ki, "Bizimmedia.az" müəmmalı şəkildə dünyasını dəyişən Adilə Mehdiyeva ilə bağlı bəzi təfərrüatları əldə edib. Adilə Mehdiyeva əslən Naxçıvandandır və ziyalı ailədə dünyaya göz açıb.
Onu tanıyanlar Adilənin həddinədən artıq mehriban, tərbiyəli və savadlı qız olduğunu bildirirlər. Adilə Mehdiyeva Azərbaycan Dillər Universitetini bitirib.
Daha sonra magistratura təhsili almaq üçün Polşanın Lodz şəhərinə, təhsil alandan sonra isə Vroslav şəhərinə köçüb. Orada yaşayıb və işləyib. Adilə Mehdiyeva polyak dilini zəif bildiyi üçün insanlarla ingilis dilində ünsiyyət qururmuş. Elə həmin şəhərdə beynəlxalq korporasiyada çalışan fransız əri ilə tanış olur və izdivacları baş tutur. Ötən ilin oktyabrında övladları Emil dünyaya gəlir. Məlumatlara görə cütlüyün bərabərliyi uzun sürmür.
Dekabrın 17-də 29 yaşlı Adilə Mehdiyeva iki aylıq oğlu ilə yaşadığı mənzilini tərk edib və o vaxtdan telefonu susub.
Ailəsi Adilə ilə əlaqə saxlaya bilməyib və o dəqiqə bədbəxt hadisənin baş verdiyini ehtimal ediblər. İddialara görə ölümündən əvvəl Adilə Mehdiyeva depressiv vəziyyətdən əziyyət çəkib. Hətta onun adı Vroslav şəhərindəki reablitasiya mərkəzlərindən birində qeydiyyatda olub.
Onun əri ilə münasibətlərinin heç də yaxşı səviyyədə olmadığı iddia edilir. Hətta qadının ölümündə ərinin rolu ola biləcəyi ilə bağlı da şübhəli məqamların olduğu ehtimal edilir
Qızının meyitinin çaydan tapıldığını eşidən atası Nüsrət Mehdiyev olayın hərtəfəli araşdırılması üçün Polşa hüquq mühafizə orqanlarına lazımi məlumatlar və videolar təqdim edib. Bundan əlavə Polşa mətbuatının yazdığına görə qadının ailə vəziyyəti ilə bağlı da müəyyən materiallar var ki, istintaqa təhvil verilib.
Polşa mətbuatında çıxan məlumatlara görə qadının övladı ilə birgə intihar etdiyi də deyilir. Amma bu da sadəcə istintaqı aparan müstəntiqlərin təxminidir.
Gənc qadının ailəsi şok içində olduğundan mediaya açıqlama vermək istəməyib.
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO










