Qadağa tətbiq olunmağa başlandı - Taksi qiymətləri kəskin bahalaşdı

Son günlər yerli mətbu orqanlarda Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə taksi sifarişlərinə məhdudiyyət tətbiq olunacağına dair yayılan xəbərlər artıq öz təsdiqini tapıb.
Avtosfer.az xəbər verir ki, artıq hava limanı ərazisinə uçuş üçün başqa taksi operatorları ilə gəlmək mümkün olsa da, çıxış üçün yalnız ərazidəki "London taksi"lərinin xidmətindən yararlanmaq mümkündür.
Belə ki, hava limanı daxilində fəaliyyət göstərən sıravi taksi maşınları, eləcə də "Bolt", "Uber" kimi taksi operatorları ora buraxılmır. Həmçinin taksi operatorlarının mobil tətbiqi vasitəsilə artıq əvvəlki qaydada hava limanından ekonom sinfə daxil olan taksilərlə sifariş mümkün deyil. Ona görə ki, artıq hava limanı ərazisində bu xidmətlər deaktiv edilib.
"London taksil"əri ilə şəhər mərkəzinə gediş haqqı isə 20–25 manat arasında dəyişir. Ancaq bundan əvvəl "Bolt" və "Uber" kimi taksi xidmətləri ilə şəhər mərkəzinə 8-12 manat arası gediş haqqı tələb olunurdu.
Xatırladaq ki, hava limanı tərəfindən ötən günlərdə verilən açıqlamada hər hansı bir məhdudiyyətin olmadığı, mövcud dəyişikliklər olarsa, əvvəlcədən ictimaiyyətə xəbərdarlıq edilcəyi bildirilmişdi. Ancaq görünən odur ki, qurum ictimaiyyəti əvəlcədən məlumatlandırmağı lazım bilməyib və heç bir tender təşkil olunmadan bu fəaliyyətin icrasını yalnız bir operatorun səlahiyyətinə verib. Təbii ki, artıq Azərbaycan reallığında cəmiyyətə qarşı bu cür etinasız davranış qaydaları heç də təəccüb doğuran bir durum hesab olunmamalıdır..(azpolitika.info)
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi
Polkovnik antiterror əməliyyatının sirrini açıqladı: “Hər şey əvvəlcədən ölçülmüşdü”
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - VİDEO












