Qar yağdı, Bakı “batdı”: İcra Hakimiyyətinin yollar üçün aldığı 2300 ton duz hara getdi?

Yanvarın 13-də Bakıya yağan qar onsuz da tıxac problemi yaşayan paytaxt yollarında vəziyyəti daha da dözülməz həddə çatdırdı. İlk saatlardan yolların iflic olması müşahidə edilməyə başladı. Sosial şəbəkələrdə yolların qardan təmizlənməsi, buz bağlamaması üçün duz və ya qum səpilməsi barədə çağırışlar olsa da, müvafiq qurumların bu yöndə ciddi addımları gözə dəymədi. Hər halda bir neçə gündür ki, bununla bağlı sosial şəbəkələrdə ancaq tənqidlərin şahidi oluruq.
Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi texniki məqsədlər üçün emal edilməmiş xam duzun satın alınması ilə bağlı tender keçirib.
Tenderin qalibi “Fidan-TN” MMC seçilib. Qurumla şirkət arasında maliyyə dəyəri 262 199,54 manat təşkil edən satınalma müqaviləsi imzalanıb. Müqavilədə 2 300 ton xam duzun alınması nəzərdə tutulub.
Nəzərə alsaq ki, 2023-cü ilin avqustundan 2024-cü ilin yanvarına qədər Bakıya qar yağmayıb, alınan bu qədər duzun hara istifadə edildiyi sual doğurur.
Duz satan “Fidan-TN” MMC haqqında isə açıq mənbələrdə məlumatlara rast gəlinmir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, MMC 7 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı dörd manat olan şirkətin qanuni təmsilçisi Ələsgər Cəlal oğlu Hüseynovdur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 137A, mənzil 3 ünvanında yerləşir.
Araşdırmalar zamanı məlum olub ki, “Fidan-TN” MMC əsasən Bakı Şəhər-Mənzil Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin keçirdiyi tenderlərin qalibi olur. (Qaynarinfo.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












