Qarabağda - Laçında ilk texnoloji təqdimat və gənclər arasında “Gaming Festival” keçirilib - FOTO

Hazırda işğaldan azad olunan ərazilərdə sürətlə bərpa-quruculuq işləri gedir və həyat əvvəlki axarına qayıdır. Kompüter avadanlıqlarının böyük idxalçılarından biri olan “Aztech” şirkəti 19.12.2023-cü il tarixində Laçında “LaCinema” kino mərkəzində “LEGİON GO” portativ oyun konsolunun ilk təqdimatını və gənclər arasında əyləncəli “Gaming Festival” keçirib. Bu, “Aztech” şirkətinin Laçına artıq ikinci gəlişi idi, bundan öncə də Laçın rayonu 2 saylı tam orta məktəbə şirkət tərəfindən 30 notbuk hədiyyə edilib. Dünya təqdimatı cəmi bir neçə həftə əvvəl keçirilmiş yeni portativ oyun konsulu “Lenovo Legion Go” Laçındakı bu təqdimatdan sonra Azərbaycanda rəsmi satışa çıxarıldı.
Avtosfer.az xəbər verir ki, təqdimatdan sonra məktəblilər və gənclər arasında maarifləndirici və əyləncəli “Gaming Festival” keçirilib. Gənc nəslin maarifləndirilməsi, yeni texnoloji məhsullarla tanışlığı, boş asudə vaxtlarını daha faydalı necə keçirə biləcəkləri barəsində maraqlı diskussiyalar aparılıb. Laçınlı gənclər və məktəblilər üçün əsl bayram abu-havalı olan və Qarabağda ilk dəfə təşkil olunan bu tədbirə maraq böyük olub.
Şirkətin marketinq meneceri Gülnar İsmayılova öz müsahibəsində belə bildirib ki, “Aztech” şirkəti olaraq işğaldan azad olmuş ərazilərdə bu kimi tədbirlərin keçirilməsi çox qürurvericidir: “Belə bir tədbiri keçirmək bizim üçün böyük qürurdur! Tövsiyə edirik ki, bundan sonra digər texnoloji şirkətlər də önəmli təqdimatlarını və tədbirlərini məhz doğma Qarabağımızda keçirsinlər ki, bu torpaqlarda həyat tez bir zamanda əvvəlki məcrasına qayıtsın”.
“Aztech” 1998-ci ildən fəaliyyət göstərir və bu gün ölkədə aparıcı kompüter idxalçılarından biri olaraq, “Asus”, “Lenovo” və MSİ brendlərinin topdan, korporativ və pərakəndə satışını həyata keçirir.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI



















