Qarabağdakı Rusiya sülhməramlılarının taleyi həll olunur: Bakı və Moskva həll yolu axtarır

Rusiya sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
Onun sözlərinə görə, məsələnin müzakirəsi Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana aid olduğunu etiraf etmək qərarından sonra intensivləşib.
"Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-dakı üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilib", - diplomat xatırladıb.
O qeyd edib ki, bu sənədi heç kim ləğv etməyib. "Bu, sülhməramlılarımızın bölgədə 5 il, yəni 2025 - ci ilin noyabr ayına qədər və sonra daha da uzadılması ehtimalı ilə yerləşməsini nəzərdə tutur", - Qaluzin deyib.
O, etiraf edib ki, "yer üzündə" vəziyyət Ermənistanın Qarabağla bağlı Avropa İttifağının himayəsi altında keçirilən sammitlərdə təsbit olunmuş qərarından sonra kəskin şəkildə dəyişib.
"İndi sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələlərə yalnız Azərbaycan tərəfi ilə baxılır", — diplomat vurğulayıb. (lent.az)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












