"Qarabağ"ın məşqində bədbəxt hadisə: Futbolçunun ürəyi dayandı

“Qarabağ-2”nin məşqinin əvvəlində isinmə hərəkətləri zamanı komandanın futbolçusu Şirxan Həsənzadə ürəyi dayanıb.
Avtosfer.az Apasport-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat katibi Gündüz Abbaszadə məlumat verib.
Komandanın hazırlığında gözlənilmədən 20 yaşlı futbolçunun ürəyində problem yaranıb. Abbaszadənin sözlərinə görə, Həsənzadə məşqçilərin və həkimlərin ilkin müdaxiləsindən sonra dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılıb:
“Bu hadisə bizi çox üzdü. Şirxan komandamızın ən sağlam futbolçularından biri hesab olunurdu. Hər il 2 dəfə futbolçularımızı "check-up" müayinəsindən keçiririk və bu günədək onun səhhətində xırda bir problem belə aşkarlanmayıb. Eləcə də, o, U-21 yığmamızın heyətinə mütəmadi dəvət alan futbolçulardandır. Orda da tibbi baxışdan keçirilir”.
Komanda rəsmisinin sözlərinə görə, hazırda futbolçunun vəziyyəti nisbətən stabilləşib:
“Ümid edək ki, yaxın vaxtlarda onun şad xəbərini eşidəcəyik. Əməliyyat olunacaq, ürəyində anju ediləcək”.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












