"Qardaşım qədər mənə yaxın insanı itirdim, günahkaram" - “Nikosayağı” - VİDEO

“Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə başlayıb.
Avtosfer.az-ın məlumatına görə, Bakı Ağır Cunayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham aktını elan edib.
İttiham aktında deyilir ki, N.Şakirli alkoqollu içkinin təsiri altında avtomobil idarə edərkən törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində ehtiyatsızlıqdan bir nəfərin ölümünə səbəb olub. Qeyd edilir ki, o, sürət həddi 70 km olan olan yolda avtomobili 90-100 km sürətlə idarə edib. Qeyd edilən əmələ görə, Şakirliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
Sədrlik edən hakim müttəhimin diqqətinə çatdırıb ki, təqsiri sübuta yetiriləcəyi halda 5 ilə kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Müttəhim bloqer ittihama münasibətdə özünü təqsirli bilib. Bloqer hadisədə özünü günahkar sayır: “2015-ci ildə də mən travma keçirmişəm. Buna görə hadisə anını tam xatırlaya bilmirəm. Yadımdadır ki, Nərimanovda çay evindən çıxdıqdan sonra bir az gəzmək istədik. Qardaşım qədər mənə yaxın olan insanı itirdim. Günahkaram”.
N.Şakirli hadisə günü içkili olmadığını deyir. Sərbəst ifadəsində həmin günü tam xatırlamadığını desə də, yadında qalan budur ki, hadisə günündən bir gün əvvəl içki qəbul edib.
Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Hadisə günü N. Şakirlinin idarə etdiyi “Porsche” markalı avtomobil TIR-a çırpılıb. Qəza nəticəsində avtomobildə olan bloqerin dostu Ruslan Məmmədov yerindəcə vəfat edib. N. Şakirli ağır xəsarət alıb, onun sağ yuxarı ətrafı dirsəkdən amputasiya edilib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












