“Qayda pozan hər kəs cərimələnir” - Vaqif Əsədov

Bakıda kimliyindən asılı olmayaraq yol qaydasını pozan hər kəs saxlanılır və cərimələnir. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən kimliyindən asılı olmayaraq, bilərəkdən, yaxud bilmədən yol hərəkəti qaydasını pozanlar inzibati xəta törətdikdə saxlanılaraq məsuliyyətə cəlb edilir.
Onun sözlərinə görə, bu günə qədər qayda pozan bir çox tanınmış şəxslər barəsində dəfələrlə olub ki, inzibati qaydada tədbirlər görülüb. Yol polisinin sözlərinə görə, hazırda quraşdırılan yeni texniki qurğular kimliyindən asılı olmayaraq dərhal qeydiyyata alır və onlar barəsində tədbirlər görülür.
“Əməkdaşlarımız təkcə reydlər keçirməklə baş verən xətaların qarşısını almır. Eyni zamanda hər bir yol polisi əməkdaşı təhkim olunduğu ərazilərdə xidmət aparır. Bunun da nəticəsində ilin əvvəlindən bu günə qədər 219 minə yaxın sürücü barəsində inzibati protokol tərtib olunub. Bunun 4435-i sırf sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülərdir. Qəza şəraiti yaradan 718 sürücü polis tərəfindən sənədləşdirilib. Polisin qanunu tələblərini yerinə yetirməyən 932 sürücü barəsində də müvafiq tədbirlər görülüb. Avtoxuliqanlıq edən 234 sürücü məsuliyyətə cəlb edilib”, - deyə V.Əsədov bildirib.
Qurum rəsmisinin sözlərinə görə, piyadaların avtomobil tərəfindən vurulmasının qarşısını almaq üçün keçirilən tədbirlər zamanı 7 minə yaxın piyada barədə protokol tərtib olunub: “Bakı şəhəri üzrə baş verən yol hərəkəti hadisələrini təhlül edərkən görürük ki, sürət həddinin artırılması səbəbindən baş verən hadisələr, eyni zamanda yolun müəyyən edilməyən hissəsindən keçən piyadaların vurulması ümumi hadisələrin 50 faizidir. Bu da ciddi narahatçılıq doğurur”.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












