Qazaxıstan ilk dəfə Azərbaycan ərazisindən ABŞ-yə qeyri-xammal yükü göndərib

“Qazaxıstan Dəmir Yolları” (KTZ) ilk dəfə ABŞ-yə qeyri-xammal məhsulları ixrac edib.
Avtosfer.az-ın məlumatına görə, bu barədə “Report”un Qazaxıstan bürosu KTZ-nin mətbuat xidmətinə istinadən xəbər verir.
"Bu layihənin həyata keçirilməsi Qazaxıstan ixracı üçün yeni perspektivlər açır və ölkənin ticarət-logistika imkanlarını genişləndirir", - şirkətin məlumatında bildirilib.
Qazaxıstanda bu marşrut Almatı şəhərindən başlayıb. Yük Aktau limanından (Qazaxıstan) keçərək, gəmiyə yüklənib və dəniz yolu ilə Ələt limanına (Azərbaycan) çatdırılıb.
Oradan yük dəmir yolu nəqliyyatı ilə Poti limanına (Gürcüstan) göndərilib, burada yenidən gəmiyə yüklənərək dəniz yolu ilə son təyinat məntəqəsi olan Hyustona (ABŞ) çatdırılıb. Qazaxıstandan ABŞ-yə multimodal xidmətin müddəti 68 gün təşkil edib.
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












