Qeyri-etik görüntüləri yayılan məktəblilərə cinayət işi AÇILDI - YENİLƏNİB - VİDEO

Bakıda məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı cinayət işi açılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
“Əməldə xuliqanlıq cinayətinin tərkib əlamətləri olduğuna görə fakt üzrə cinayət işi qaldırıldı. İstintaq hərəkətləri davam etdirilir”, - o vurğulayıb.
***
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məktəblilərin qeyri-etik görüntüləri ilə bağlı məsələni nəzarətə götürüb”.
Avtosfer.az xəbər verir ki, bu barədə qurumun rəsmisi Teymur Mərdanoğlu məlumat verib.
O qeyd edib ki, hüquq-mühafizə orqanlarında iş aparılır:
“Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.
Qeyd edək ki, hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi də açıqlamasında paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürüldüyünü qeyd edib.
Xatırladaq ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz söz yazaraq onun başında yumurta qırır. Digəri isə qayçı ilə qızın saçını kəsir.
Əldə etdiyimiz məlumata görə, görüntülərdə məktəbliyə qarşı ədəbsiz hərəkət edənlərdən biri hazırda sözügedən məktəbdə təhsil alır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












