"Qəzaların qarşısını almaq üçün yol polisinin gizli xidmətinə qayıtmalıyıq" - Ekspert

Ötən gün Bakıda baş verən faciəvi qəza can aldı.
Ötən il dekabrın 31-də və bu il yanvarın 1-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol qəzalarında 10 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
2022-ci ilin son ayında baş verən yol qəzaları nəticəsində həlak olanların sayı da məlum olub. belə ki, dekabr ayında qeydə alınmış qəzalarda 79 nəfər ölüb.

"Xəzərxəbər"ə danışan yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, xüsusən də ölümlə nəticələnən qəzaların böyük əksəriyyəti yüksək sürət səbəbindən baş verib. Qeyd edək ki, bu qəzalardan 3-də avtomoibillərin aşması qeydə alınıb.
Ekspert deyir ki, qəzalar zamanı yüksək sürət olmasaydı, nəqliyyat vasitəsi heç vaxt aşmazdı: "Hadisələr müxtəlif formalarda baş versə də, səbəb eynidir - yüksək sürət, manevr qaydalarının pozulması və s. İnsanlar ola bilsin, adrenalin yaşamaq istəyirlər. Gözləyirlər ki, 100 metrdən bir kamera qoyulsun, polis əməkdaşı yola nəzarət etsin. Belə bir şey yoxdur. Sürücülərin özlərinin daxili məsuliyyəti olmalıdır".
Ekspert belə qəzaların qarşısını almaqda yeganə üsul kimi sərt mexanizmlərin tətbiq olunmasını görürür. O təklif edir ki, köhnə qaydaları yenidən tətbiq etməklə, il ərzindəki qəza sayını minimuma endirmək olar: Kameraların, radarların daimiliyinə son qoymaq lazımdır. Bu vasitə nadir hallarda effekt verir. Mobil radarlar, mobil kameralar olmalıdır, tez-tez yerləri dəyişməlidir. Yol polisinin gizli xidmətinə qayıtmalıyıq. Bilməməliyik ki, yol polisi əməkdaşı hardadır".
Ekspert bildirib ki, beşgünlük bayram tətilində rayonlara üz tutanlar geri qayıdarkən diqqətli olmalıdırlar. Onlar əsasən havanın işıqlı vaxtında yola çıxmalı, yorğun və halsız vəziyyətdə sükan arxasında əyləşməməlidirlər. Ən əsası isə yolda təyin edilən sürət həddinə də riayət etməlidirlər ki, faciəvi qəzalar baş verməsin .
Ramazan ayının on səkkizinci gününün duası - İmsak və iftar vaxtı
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - FOTO
Ağ Şəhərdə metro nə vaxt açılacaq? - VİDEO
Bakı yollarında sol zolaq problemi: Ekspert açıqlama verdi - VİDEO
“Xaliq Faiqoğlu” sərnişinlərini belə sevindirdi - FOTOLAR
Yük avtomobilləri yolu daraldır - Sürücülər narazıdırlar – FOTO - VİDEO
Dubayda çətin vəziyyətdə qalan azərbaycanlılar: "Biletlərin qiyməti 10 dəfə qalxıb"
Məsud Pezeşkian ÜZR İSTƏDİ
Ramazan ayının on yeddinci gününün duası - İmsak və iftar vaxtı
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
ABŞ-İsrail-İran müharibəsinə başqa hansı ölkələr qoşulacaq? – Politoloq AÇIQLADI










