Qəzalı körpüyə görə ikinci alternativ yol - FOTO

Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 186-cı kilometrliyində, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən qəzalı körpünün aşırım tirlərinin sökülməsinə başlanılıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən anspress-ə verilən məlumata görə, qısa müddət ərzində körpünün bərpa edilməsi planlaşdırılır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən ötən gün axşam saatlarından nəqliyyat vasitələrinin müvəqqəti hərəkəti üçün çay yatağına boru düzülərək alternativ yol salınıb. Nəqliyyat vasitələri müvəqqəti salınan yolla hərəkətlərinə davam edə bilərlər. Hələlik yeni salınan müvəqqəti yollun hərəkət hissəsi eyni vaxtda yalnız bir istiqamətə hərəkətə imkan yaradır. Bu üzdən nəqliyyat vasitələrinə növbəli şəkildə sözügedən yolla hərəkət etmələrinə icazə verilir. Hazırda müvəqqəti yolun hərəkət hissəsinin genişləndirilməsi işləri aparılır və yaxın müddət ərzində həmin yolla hər iki istiqamətə maneəsiz hərəkət tam təmin olunacaq.
Xatırladaq ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində Boladiçay üzərində yerləşən körpüdə ağır yüklü maşınların intensiv hərəkəti nəticəsində 12 may tarixində, axşam saat 20:00 radələrində körpünün orta aşırımında 3 ədəd aşırım tiri sınıb. Nəticədə körpü qəzalı vəziyyətə düşüb. Nəqliyyatın hərəkəti körpü üzərində tam məhdudlaşdırılıb.
Körpü 1961-ci ildə inşa edilib. Ümumi uzunluğu 50 metr, eni isə 7 metr olan körpü 3 aşırımdan ibarətdir.




Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












