Qlobal mənzil böhranı forumun əsas müzakirə obyektidir – Keniyalı turist - FOTO

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası qlobal mənzil böhranının həlli üçün iştirakçılar tərəfindən mühüm platforma kimi dəyərləndirilib.
“World Urban Forum” çərçivəsində çıxış edən Keniyadan gələn qonaq Diana Angela forumun beynəlxalq səviyyədə müxtəlif fikirləri və təcrübələri bir araya gətirən unikal platforma olduğunu bildirib.

Diana Angela Avtosfer.az-a müsahibəsində qeyd edib ki, hazırda dünya üzrə bir çox ölkələri narahat edən əsas problemlərdən biri olan mənzil böhranının həlli istiqamətində bu cür beynəlxalq müzakirələrin aparılması xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, müxtəlif ölkələrin nümayəndələrinin bir araya gələrək təcrübə mübadiləsi aparması ortaq həll yollarının tapılmasına imkan yaradır.
O, ümumilikdə forumu çox məhsuldar və faydalı bir müzakirə mühiti kimi dəyərləndirib. Diana Angela həmçinin vurğulayıb ki, burada aparılan dialoqlar təkcə tədbir müddəti ilə məhdudlaşmamalı, Dünya Şəhərsalma Forumu başa çatdıqdan sonra da davam etməlidir.
Qonaq əlavə edib ki, bu cür platformalar gələcək əməkdaşlıqlar üçün mühüm zəmin yaradır və şəhərsalma sahəsində qlobal çağırışlara daha effektiv cavab vermək baxımından böyük önəm daşıyır.
Eltac Zülfüqaroğlu
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












