QORXUNC İDDİA: Bakıda restoran və bazarlara YÜZLƏRLƏ XƏSTƏ DONUZLAR SATILIB – VİDEO

3 min donuzdan yarısı satılıb, satılmayanlarda isə xəstəlik aşkarlanıb. Buna görə də yaxınlıqdakı fermada saxlanılan donuzlar da tələf olub.
Paytaxtın Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində donuzçuluq təsərrüfatı ilə məşğul olan İlqar Əliyev və həyat yoldaşı Tatyana Əliyeva iddia edir ki, hər şey qonşuluqdakı fermaya ötən ilin sonlarında 3000-dən donuzun gətirilməsindən sonra olub.
İlqar Əliyevin sözlərinə görə, xəstə donuzlar sonradan restoran və bazarlara satılıb.
Bunu satan şəxsin isə saxlanıldığı bildirilib.
Səslənən iddialarla bağlı yaxınlıqdakı fermaya baş çəkdik. İçəridə heç kim olmadığından suallarımız cavabsız qaldı.
Şikayətlə bağlı Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, məsələ nəzarətə götürülüb. Müvafiq araşdırma aparılır, həmçinin hadisənin başvermə səbəblərini aydınlaşdırmaq üçün nümunələr götürülərək laboratoriyaya təqdim olunub.
Araşdırmanın nəticəsinə uyğun müvafiq tədbirlər görüləcək.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə bildirildi ki, qeyd edilən məsələ araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












