Rəşad Nəbiyev Rusiyanın nəqliyyat naziri ilə görüşüb - FOTO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiya Federasiyasına səfər çərçivəsində Rusiyanın nəqliyyat naziri Vitali Savelyev ilə görüşüb.
Nazirlikdən Avtosfer.az-a bildirilib ki, görüşdə iki ölkə arasında avtomobil nəqliyyatı, aviasiya və dəmir yolu sahələri daxil olmaqla nəqliyyat sektoru üzrə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Tərəflər “Rusiya-Azərbaycan dövlət sərhədindən “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) – “Samur” (Azərbaycan Respublikası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və xidmətin göstərilməsi qaydaları haqqında Saziş” layihəsinin razılaşdırılması üçün müvafiq müzakirələrin aparıldığını bildiriblər.
Görüş zamanı hava nəqliyyatı sahəsində əlaqələrə toxunularaq uçuşların və istiqamətlərin sayının artırılmasının vacibliyi vurğulanıb.
Dəmir yolu nəqliyyatı sahəsində, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu infrastrukturunun inkişafı istiqamətində əməkdaşlığın uğurla davam etdirildiyi qeyd olunub. Bildirilib ki, ötən il Şimal-Cənub nəqliyyat dəhlizi ilə dəmir yolu daşımalarının həcmi 481 min ton təşkil edib.
Görüşün sonunda iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin daha da inkişaf edəcəyinə əminlik ifadə olunub.
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF












