Rusiyada Heydər Əliyevlə bağlı silsilə tədbirlər keçirildi - Nazir və sədr də təbirlərə qatıldı - FOTO

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Moskva şəhərində keçirilən silsilə tədbirlər davam edir. Avtosfer.az xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər qonaqlar silsilə tədbirlər çərçivəsində Kazan dəmir yolu vağzalının “Çar Qülləsi” salonunda təşkil olunan foto-sərgiyə qatılıblar. Mərasimdə Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin də iştirak edib.
Qonaqlar Heydər Əliyevin rəhbərliyi ilə ərsəyə gələn Baykal-Amur magistral xətti (BAM) layihəsinə Ulu Öndərin verdiyi önəmli töhfələri əks etdirən foto materiallarla tanış olub. BAM-ın tikintisində əməyi olmuş insanlarla söhbət ediblər.
Nazir Rəşad Nəbiyev Rusiya nəqliyyat naziri Vitali Savelyev ilə birgə BAM-ın tikintisinə həsr olunmuş “Nəsillərin estafeti” adlı səyahət kuponunu imzalayaraq Rusiya Nəqliyyat Universitetinin tələbə-gənclər dəstələrinin qərargahına və veteran BAM əməkdaşlarına təqdim edib.
Tədbir çərçivəsində Rusiyanın ilk dəmir yolları naziri olmuş Gennadi Fadeev Ümummilli liderin çoxşaxəli fəaliyyəti haqqında geniş danışıb, onunla bağlı xoş və səmimi xatirələrini bölüşüb.
Emin
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY




















