Sabah bu yollar 7 saat bağlı olacaq - Diqqətli olun

Sabah Olimpiya Stadionunun Avropa Oyunları ilə bağlı hazırlıq vəziyyəti sınaqdan keçiriləcək. Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bununla bağlı sürücülərə xəbərdarlıq edib. Belə ki, sabah saat 12:00-dan 19:00-dək, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Həmçinin, bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun "Koroğlu" stansiyasında sıxlıq olacağı gözlənilir. Buna görə də, şənbə günü, ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaları tövsiyə olunur.
Qeyd edək ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov anspress-ə açıqlamasında ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşlarının növbə çəkəcəklərini bildirmişdi: “Bakı Olimpiya Stadionundan “Koroğu” metrostansiyası arasında təxmini 1200 metrə qədər məsafə var. Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək".
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA












