Sabah üçün maqnit qasırğası XƏBƏRDARLIĞI

Yer kürəsini 2023-cü ildə ilk maqnit qasırğası bürüyəcək.
Qasırğa yanvarın 4-ü proqnozlaşdırılır və ekspertlərin dediyi kimi, zəif olacaq - G1 kateqoriyasında. Bu barədə kosmosdakı hava vəziyyətini izləyən “Spaceweather” saytı məlumat yayıb.
Eyni zamanda, “Gismeteo” saytında bu fenomen yanvarın 5-i günü proqnozlaşdırılır. Yanvarın 4, 6 və 7-də isə geomaqnit sahəsinin cüzi pozuntuları gözlənilir.
Bildiyiniz kimi, maqnit qasırğaları Yerin geomaqnit sahəsinin pozulmasıdır. Günəş tərəfindən atılan yüklü hissəciklərin axınları onları təhrik edir.
Bu cür hadisələr baş ağrısı, ürəkbulanma və qusma, başgicəllənmə, ürək ağrısı, yüksək və ya aşağı qan təzyiqi, xroniki xəstəliklərin kəskinləşməsi, yorğunluq və yuxululuq, əsəbiliyin artmasına səbəb olur.
Ekspertlər maqnit qasırğasının fəsadlarından daha asan yayınmağınıza kömək edəcək məsləhətlər veriblər:
• Daha az əsəbi olmaq və stress mənbələrindən qaçmaq;
• Qəhvə, enerji içkiləri, spirtli içkilər və qazlı içkilərdən imtina edin, əvəzinə bitki çayları içmək;
• Yağlı, qızardılmış, ədviyyatlı və qeyri-təbii qidaların istehlakını məhdudlaşdırın;
• Açıq havada daha çox vaxt keçirmək;
• Otağı mütəmadi olaraq havalandırın;
• Yatmazdan əvvəl kontrastlı duş qəbul edin;
• Eyni vaxtda yatın, gecə ən azı yeddi saat yatmağa çalışın. (lent.az)
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












