Sabunçuda zibili yerə atan “tənbəllər” görün nəyə səbəb oldu - VİDEO

Məişət tullantıları üçün paytaxtın bir çox yerində zibil qutuları təşkil olunub. Həmçinin bu qutular yaşayış yerlərinə elə də uzaq deyil. Lakin bəzi “tənbəl” və “anlayışsız” şəxslər zibili bu qutulara yox, yerə tullayır.
Avtosfer.az xəbər verir ki, analoji hal Sabunçu rayonu, Zabrat 1 qəsəbəsində də hökm sürür.
Belə ki, sözügedən qəsəbədə “Zabrat 1” dəmiryol dayanacağına yaxın ərazidə zibil konteynerləri ola-ola bəzi adamlar zibili yerə atırlar. Bu barədə şikayətlənən vətəndaşlardan biri deyir ki, hər səhər uşaqlı-böyüklü bu yoldan istifadə edərək qatara minməyə gedir: “Əraziyə nə baxan var, nə də zibilləri yığışdıran, qalıb yaman günə…”.
Sosial şəbəkələrdə geniş yayılan görüntülərdə də aydın şəkildə əks olunub ki, ətrafa çoxlu zibil atılıb.
Ümid edirik ki, məsələ ilə bağlı müvafiq qurumlar yaxın zamanda tədbir görəcək.
Məhəbbət Tərlanoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












