Şadlıq evlərində verilən “ikra” Rusiyadan 4 manata gətirilir? - "Saxta kürü" belə hazırlanır

Bu ilin ilk ayı ərzində Azərbaycana xarici ölkələrdən 510 kiloqram nərə balıqlarının kürüsü, 3 ton 210 kiloqram balıq kürüsünün əvəzediciləri idxal olunub. Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, bu dövürdə xarici ölkələrə 10 kiloqram nərə balıqlarının kürüsü ixrac etmişik.
İdxal olunan nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri 302 dollar (514 manat), balıq kürüsünün əvəzedicilərinin 1 kiloqramının gömrük dəyəri isə 4 dollar (6,8 manat) olub.
İxrac etdiyimiz nərə balıqlarının kürüsünün 1 kiloqramının gömrük dəyəri isə 1809,5 dollar (3176 manat) olub.
Xaricdən gətirilən nərə balıqlarının kürüsü Çinin payına düşüb. Xaricə satdığımız nərə balıqlarının kürüsünü isə 2 ölkəyə - Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına yola salmışıq.
İdxal olunan balıq kürüsünün əvəzedicilərini isə Belarus, Rusiya, Almaniya, İran və Lüksemburqdan gətirmişik. Balıq kürüsünün əvəzediciləri ən çox Rusiyadan idxal edilib və 1 kiloqramının gömrük dəyəri isə 2,5 dollar (4,2 manat) olub.
Məlumat üçün onu da bildirək ki, balıq kürüsünün əvəzediciləri əsasən jelatindən hazırlanır. Latın dilindəki "gelatus" sözündən gələn jelatin "dondurulmuş" mənasını verir. Jelatin heyvan mənşəli mürəkkəb tərkibli zülali maddədir, şəffaf özlü kütlədir, rəngsiz və ya sarımtıl çalarlı olub heyvanların birləşdirici toxumalarından alınır. Əsasən donuz, inək dərisindən, həmçinin heyvan sümüklərinin qırıntısından alınır. Jelatin qida sənayesində, yapışqan istehsalında, kitab istehsalında, dərman və kosmetika sənayesində və s. geniş istifadə olunur.
Jelatindən kürü əvəzedicisinin hazırlanması isə olduqca asandır. Sosial şəbəkələrdə jelatindən saxta kürünün necə hazırlandığını göstərən onlarla video mövcuddur.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












