Şagird zarafat məqsədi ilə bunu etdiyini deyib - Məktəb direktorundan AÇIQLAMA

Ötən gün Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub. Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu iddia edilir.
Avtosfer.az xəbər verir ki, hadisə ilə bağlı sözügedən məktəbin direktoru Gülər İsmayılova jurnalistlərə açıqlama verib.
O bildirb ki, hadisə yanvarın 17-si məktəbdən, dərs saatından kənar bir vaxtda baş verib:
“Deyilənə görə hadisə təqribən saat 3-dən sonra məktəb ərazisinə daxil olmayan ərazidə baş verib. Hadisədə görünən 2 nəfərdən yanlız bir nəfər bizim məktəbin 11-ci sinif şagirdidir. Digər, videoya çəkən qonşusudur,
məktəbin şagirdi deyillər”.
Direktor qeyd edib ki, həmin şagirddə indiyədək heç bir psixoloji problem müşahidə etməyiblər:
“Oxuduğu müddətdə heç bir sinif yoldaşlarına, digər şagirdlərə qarşı heç bir neqativ hal baş verməyib. Biz məlumatı əldə etdikdən sonra valideyn və şagird məktəbə dəvət olunub.
Psixoloq şagird ilə söhbət aparıb. Şagirdin bizə söylədiyinə görə zarafat məqsədi ilə bunu edib. Çox peşman olduğunu bildirir. Hal-hazırda hüquq mühafizə orqanları araşdırma aparır. Yəqin ki, yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək. Məktəb daxilində isə şagirdlə psixoloji söhbət aparılıb”.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI













