Sahil parkı ərazisindəki velosiped zolağı ilə bağlı AÇIQLAMA

Sahil parkının ərazisində mövcud velosiped zolağı 2022-ci ildə təşkil edilib. Zolağın parkda salınması ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər daxil olurdu. Bununla bağlı Avtosfer.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, AYNA tərəfindən beynəlxalq məsləhətçi şirkət cəlb olunmaqla Bakı şəhərində velosiped yollarının yeni şəbəkəsinin layihəsi hazırlanıb. Bu ilin əvvəlindən etibarən layihənin icrasına başlanılıb. Daha əvvəl təşkil edilən infrastrukturun bəzi hissələri də yeni şəbəkəyə daxil edilib. Səkilərin üzərində salınan və layihəyə daxil olmayan ərazilərdəki velosiped zolaqlarının ləğv edilməsi və səkilərin bərpası nəzərdə tutulur.
Velosiped zolaqları layihəsinin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edir. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqlarının salınması planlaşdırılır.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












