Sakinlərdən narazılıq : “Kafe-restoran açmaq üçün yaşayış binasına zərər vurulur” - FOTO

Yasamalda yaşayış binasının zirzəmi sahəsində kafe-restoran açmaq üçün təmir-tikinti işlərinin aparıldığı deyilir.
Avtosfer.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə geniş yayılıb.
Belə ki, Yasamal rayonu, İzmir küçəsi 7a ünvanından yerləşən yaşayış binasının zirzəmisində təmir-tikinti zamanı sakinlər 30-40 yük maşını ilə daş və beton qırıntılarının daşındığını müşahidə ediblər. Onlar 1964-cü ildə inşa edilən binaya təhlükə yarandığını, artıq birinci mərtəbənin eyvan hissəsində çat və ya çökmə əlamətinin göründüyünü bildirirlər.
Sakinlər yanvarın 30-da Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinə kollektiv məktubla müraciət ediblər. Hələlik yalnız Komitədən cavab alınıb, baxış zamanı nöqsan aşkar olunmadığı bildirilib. Amma cavab sakinləri razı salmayıb.
Onların sözlərinə görə, əvvəl zirzəminin təxminən 1 metr olan hündürlüyü indi 3 metrəyə qədər yüksəlib. Böyük ehtimalla, obyekt sahibi zirzəmi sahəsinin divarlarını söküb onu çölə qədər genişləndirəcək. Zirzəminin üzərindəki mənzillər isə artıq qeyri-yaşayış sahələrinə çevrilib.
Məhəbbət Tərlanoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
















