Salatın Əsgərovanın qətlə yetirildiyi yerdən GÖRÜNTÜLƏR - FOTO

Milli Qəhrəman, şəhid jurnalist Salatın Əsgərovanın ermənilər tərəfindən qətlə yetirildiyi yerdən görüntülər yayımlanıb.
APA Salatın Əsgərovanın qətlə yetirildiyi ərazidə - Laçının Qaladərəsi kəndində olub.
Xatırladaq ki, Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakı şəhərində anadan olub. “Molodyoj Azerbaydjana” qəzetində çalışan Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçın rayonunun Qaladərəsi kəndi yaxınlığında qanunsuz erməni hərbi dəstələrinin hücumuna məruz qalıb. Həmin silahlı hücum zamanı reportajları ilə Qarabağdakı erməni cinayətlərini işıqlandıran Salatın Əsgərova ilə yanaşı, sovet ordusunun üç hərbçisi də həlak olub.
İlk şəhid qadın jurnalist kimi Salatın Əsgərova Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib. O, 1992-ci il 6 noyabr tarixində ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Ərazidən görüntüləri təqdim edirik:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












