Salyanda ağır xəstə üçün çağırılan təcili tibbi yardım avtomobili yolda qaldı - AÇIQLAMA - FOTO

Ötən gecə sosial şəbəkələrdə Salyan rayonunda, Xələc və Qarabağlı kəndləri arasındakı çöllükdə təcili tibbi yardım avtomobilinin yolda qalmasını əks etdirən şəkillər paylaşılıb. Qeyd olunub ki, avtomobil gecə saatlarında, çağırışa gedən zaman xarab olub.
Baş vermiş hadisə ilə bağlı Oxu.Az Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova cavab olaraq bildirib ki, təcili tibbi yardım avtomobili texniki nasazlıq səbəbindən yolda qalıb:
“Salyan rayonunun Qarabağlı kəndinə çağırışa yollanan təcili tibbi yardım avtomobilində texniki nasazlıq qeydə alınıb. Təcili tibbi yardım avtomobilindəki briqadaya kömək məqsədilə texniki işçilər cəlb olunublar. Çağırış ünvanına isə digər təcili tibbi yardım avtomobili yönləndirilib”.
Z.Adilova çağırış ünvanındakı xəstənin vəziyyətinin ağır qiymətləndirildiyini də diqqətə çatdırıb:
“Qarabağlı kənd sakini, 1942-ci il təvəllüdlü (qadın cinsli) şəxs Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Pnevmoniya diaqnozu ilə ona zəruri tibbi xidmət göstərilir. Vəziyyəti ağır qiymətləndirilir”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












