Salyanda kanalizasiya çəkməyə gələnlər yolları bərbad hala saldılar - FOTO

Salyan şəhər Yeni Yaşayış Massivində yaşayan sakinlər küçələrin vəziyyətindən narazıdırlar. Sakinlərin sözlərinə görə su-kanalizasiya qazıntısı ilə bağlı işlər aparılan zaman yollar keçilməz duruma düşüb.
Uşaqların məktəbə getməsindən tutmuş, təcili yardım xidmətindən istifadə etməyin qeyri-mümkün olmasına qədər yaşanan bir çox problemlər sakinlərin narazılığını artırmaqdadır.
Sakinlər Bizim.media-ya bildiriblər ki, qazıntı işlərinə qədər yaşayış massivinin küçələri keyfiyyətli asfalt örtüyünə malik olub.
Yaşayış massivinin yaşlı sakini Şəlalə Tağıyeva isə məhz küçələrin birində həyati təhlükə ilə qarşılaşdığını bildirib. Belə ki, o, gecə vaxtı evə gedərkən sürüşərək palçıq çuxuruna yıxılıb.
Digər sakin Elçin Bağırov qeyd edib ki, onlara bu bərbad vəziyyətin uzun sürməyəcəyini desələr də, problem hələ həll edilməyib.
Sakin Adil Məlikov da artıq bu massivdə yaşayanların palçıqlı yoldan təngə gəldiklərini bildirib.
Qeyd edək ki, Salyana yağan son yağışlar sözügedən ərazidə daha pis vəziyyət yaradıb. Kanalizasiya sisteminin qurulmasının vacib olduğunu deyən sakinlər, işlərin ləng getməsindən və qazılan quyuların üzərinin uzun müddət açıq qalmasından narazı olduqlarını dilə gətiriblər.
İşləri icra edən podratçı şirkət “Yol-Kanalizasiya Təmir-Tikinti" MMC-nin mühəndisi Əli Salmanzadə də sakinlərin haqlı narazılığını başa düşdüklərini, lakin texniki prosedurların vaxt tələb etdiyini və problemlərin qısa vaxt ərzində planauyğun həll ediləcəyini bildirib.
Salyan Rayon İcra Hakimiyyətindən məsələnin yerli orqanların da nəzarətində olduğu qeyd olunub.
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO












