“Sədərək” gömrük postunun əməkdaşlarına cinayət işi açılıb

Rüşvət müqabilində gömrük sərhəddindən malların keçirilməsinə şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyə Respublikasından ölkə ərazisinə nəzarətsiz keçirilməsi faktı ilə bağlı Muxtar Respublika Prokurorluğunda istintaq olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin “Sədərək” gömrük postunun əməkdaşları Saday Paşayev və Nihad Məmmədovun rüşvət müqabilində qabaqcadan əlbir olduqları Seymur Ağayev, Yalçın Teymurov və Fərəc Fərəcovla birgə dövlət qeydiyyatı tələb olunmasına baxmayaraq, qanunla nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçirilməyən ümumilikdə 12 min manatdan artıq dəyəri olan 25 adda dərman vasitələrini müxtəlif vaxtlarda satış məqsədilə ölkə ərazisinə idxal etmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Saday Paşayev və Nihad Məmmədov Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 311.3.1, 311.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə, Seymur Ağayev həmin Məcəllənin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci (rüşvət almada köməkçi) maddələri ilə, Yalçın Teymurov və Fərəc Fərəcov isə həmin Məcəllənin 200-1.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










