"Sədərək" gömrüyündə RÜŞVƏT QALMAQALI - Rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində Türkiyə Respublikası ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı məlumatlar yayımlanıb.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a bildirilir ki, “Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb Azərbaycandan tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.
Qeyd edək ki, hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir.
Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












