Şənbə günü anomal hava gözlənilir, Bakıya qar yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də havanın gün ərzində arabir yağıntılı olacağı, gündüzdən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və gündüz 4°-yə yaxın isti, axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












