Şəxsiyyət vəsiqələrinə görə ödənilən rüsumlar artırıldı

"ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsinə görə ödənilən dövlət rüsumları artırılıb. Avtosfer.az aznews-a istinadən xəbər verir ki, bu barədə sputnik.az saytı məlumat yayıb. Məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) mətbuat katibi Anar Hüseynov faktı təsdiqləyib. Bununla belə, A. Hüseynov rüsumların artmasının "ASAN Xidmət"lə əlaqəsi olmadığını qeyd etdi: ""ASAN xidmət" mərkəzləri, dövlət orqanları tərəfindən göstərilən xidmətləri vahid bir formada hazırlayaraq həyata keçirən orqandır. "ASAN xidmət"də hal-hazırda 10 dövlət qurumu birləşərək bütün xidmətləri həyata keçirir. O ki qaldı "ASAN Xidmət rüsumları qaldırır" iddiasına, bizim belə bir səlahiyyətimiz yoxdur".
Onun sözlərinə görə, "ASAN Xidmət"də tələb olunan rüsumların hamısı qanunvericiliklə təyin olunan rüsumlardır: "2 may 2014-cü il tarixində Milli Məclis tərəfindən qəbul olunan qanun var. Həmin qanun 1 dekabr 2015-ci ildə qüvvəyə minib. Və rüsumlar həmin qanuna əsasən "ASAN xidmət"də vətəndaşlardan alınır".
Qeyd edək ki, hazırda "ASAN Xidmət" mərkəzlərində "Şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi" üçün dövlət rüsumları aşağıdakı kimidir:
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.
16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə isə:
On gün müddətində verildikdə və ya dəyişdirildikdə — 5 manat
Üç iş günü müddətində verildikdə və ya dəyişdirildikdə — 25 manat
Bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə — 35 manat
İrəvandan təxribat - Bakı hərəkətə keçdi
Bəzi marşrutların hərəkət sxemi dəyişdirilir
Paytaxtın 20 küçəsində sıxlıq müşahidə edilir - SİYAHI
“AzParking” əməkdaşının mülki geyimdə cərimə yazması ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA
Vahid Ələkbərovun şirkəti risk altında; “Lukoil”in taleyi necə olacaq? – Politoloq AÇIQLADI
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTOLAR
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərə XƏBƏRDARLIQ
Paytaxtın bu küçələrində sıxlıq müşahidə edilir - SİYAHI - FOTO
Hövsan yolunda yaranmış dərin çuxur sürücüyə ziyan vurdu - VİDEO
Azərbaycanla Ermənistan bu il Türkiyədə sülh müqaviləsi bağalaya bilər - POLİTOLOQ
Türk dövlətləri İran–ABŞ münaqişəsinə necə reaksiya verdilər? - EKSPERT AÇIQLADI








