Sığorta şirkəti qəzaya düşən avtomobilə dəymiş zərəri tam ödəməyib - VİDEO

Sığorta şirkəti qəzaya uğrayan avtomobilin təmiri üçün dəymiş zərəri tam ödəməyib.
Belə bir halla paytaxt sakini üzləşib.
Sürücü özü kamera qarşısında danışmaq istəməs də, avtomobil təmiri ilə məşğul olan, daha dəqiq desək, kondisioner ustası Amil Eyyubov bu barədə məlumat verdi.
Usta deyir ki, kondisioner radiatoru avtomobilin ön hissəsində olduğundan kiçik bir qəza zamanı ona zərər dəyir. Bu zaman kondisionerin qazı çıxır. Bəs belə olduğu halda ili nisbətən yeni olan avtomobilin hər hansı bir mayesi ətrafa dağılarsa, bu zərəri sığorta şirkəti ödəməməlidir?
Sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, ''Sığorta haqqında'' qanuna görə qəzadan sonra avtomobil əvvəl necə idisə, o vəziyyətə qaytarılmalıdır. Yəni dəymiş zərər tam hesablanıb sürücüyə təqdim olunamlıdır.
Ekspert onu da əlavə etdi ki, belə faktla üzləşən sürücülər bu barədə Mərkəzi Banka müraciət etməklə, dəymiş zərəri sığorta şirkətindən ala bilərlər.
Daha ətraflı videomaterialda:
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












