Sosial şəbəkələrin qlobal ŞOK YARADAN ÇÖKÜŞÜ: “Mövcud hesabların təhlükəsizliyi baxımından…”

“Martın 7-də Avropa ərazisində rəqəmsal xidmətlər haqqında yeni qanunvericiliyin qüvvəyə minməsi gözlənilir”. Bu fikirləri ötən gün bəzi sosial şəbəkələrdə bir neçə saat davam edən çökmənin səbəbləri haqda danışan İnformasiya Təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev Yenicag.az-a açıqmasında deyib.

Onun sözlərinə görə, müşahidə edilən bu kimi halların gələcəkdə baş verməsi heç vaxt istisna deyil:
“Veb-servislərin, o cümlədən, sosial şəbəkələrin işində baş verən qəza, dayanma halları əvvəlki illərdə də baş verib və gələcəkdə də olması istisna edilə bilməz. Çünki belə servislərin çalışması ilə bağlı əlçatanlıq yüz faiz deyil. Hətta ödənişlə aldığımız bulud xidmətləri belə müqavilədə 99 faiz civarında əlçatanlıq vəd edir. Bu, praktikada normal sayılan məsələdir.
Ötən gün axşam saatlarında bir neçə sosial şəbəkənin fəaliyyətində problem yaşanmasına, “Facebook” və “Instagram”la yanaşı, “WhatsApp”, “Tik-tok” proqramlarının da müəyyən regionlarda dayanmasına Qırmızı dənizin dibi ilə gedən “Asia-Africa-Europe-1” magistral internet xəttinin zədələnməsinin səbəb olduğu bildirildi.
Asiya, Avropa və Afrikanı birləşdirən bu trafikin 25 faizi Yəmən ərazisindən keçir. Lakin “Meta” şirkəti texniki problemin özlərindən qaynaqlandığını açıqlayıb. Martın 7-də Avropa ərazisində rəqəmsal xidmətlər haqqında yeni qanunvericiliyin qüvvəyə minməsi gözlənilir. Ola bilsin ki, bu məsələ ilə bağlı hansısa tənzimləmələr icra edilərkən xəta baş verib. Problem bu ehtimallarla əlaqədardır.
Düşünürəm ki, burada xüsusi bir məsələ yoxdur, sadəcə, gözləmək, servis bərpa olduqdan sonra istifadəyə davam etmək mümkündür. Fikrimcə, sosial şəbəkə hesablarının təhlükəsizliyi baxımından ediləcək hər hansı bir fəaliyyət olmadığına görə, gözləyərək daha sonra baş verənlərə uyğun qərar qəbul etmək mümkündür”.
Görmə məsafəsi məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Benzinin qiyməti pandemiyadan əvvəlki ən yüksək həddə çata bilər - NƏŞR
Xameneini əvəzləyən Əlirza Ərafi kimdir? - Qarabağla bağlı görün nələr deyib
Qar yağacaq, 18 dərəcə şaxta olacaq - Sabahın havası
Kütləvi toplaşma yerlərindən uzaq durun - XİN-dən Yaxın Şərqdəki vətəndaşlara müraciət
Bakıda ev qiymətinə olan qarajlar - VİDEO
"Yalnız rəsmi məlumatları yayın" - Jurnalistlərə xəbərdarlıq
Xameneinin ölümünə görə İranda MATƏM ELAN EDİLDİ
İran Dövlət Televiziyası Xameneinin öldüyünü təsdiqlədi - SON DƏQİQƏ
Ramazan ayının on birinci gününün duası - İmsak və iftar vaxtı
Astara sərhədində avtobuslar hazır vəziyyətə gətirilib - FOTO









