"Stadler"in dəstəyi ilə qadın kadrların sayı artırılacaq" - Aybəniz İsmayılova

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) və İsveçrənin “Stadler Rail Group” şirkəti arasında imzalanmış Anlaşma Memorandumu əsasında Təlim və İnkişaf Mərkəzinə 10 milyon avro məbləğində sərmayə qoyuluşu qadın kadrların sayının artırılmasına da kömək edəcək.
Avtosfer.az xəbər verir ki, bunu ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova Bakıda keçirilən "Azərbaycanda qadınların məşğulluğu və karyera inkişafında nümunəvi liderlik" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, qarşıdakı illərdə qlobal miqyasda dəmir yolu infrastrukturuna 6 trilyon ABŞ dolları həcmində investisiyanın qoyulacağı proqnozlaşdırılır:
“Bunu həyata keçirmək üçün güclü, ixtisaslı işçi qüvvəsinə ehtiyacımız var”.
"Dəmir yolu sənayesinin transformasiyası təkcə kapital məsələsi deyil, o istedadlar üçün rəqabətli qlobal bazarda ayaqda qalmaq imkanı yaradır. İnkluzivliyi təmin etməklə biz sənayenin inkişafını hazırlayırıq. Dəmir yolunu təsadüfi karyera seçiminə deyil, məqsədli karyera seçiminə çevirməliyik", - deyə o qeyd edib.
ADY rəsmisi əlavə edib ki, Qlobal Dəmiryol Tikinti Layihələri üzrə son hesabata görə, onların öz qrafiklərinə uyğun davam edəcəyi və xərclərin icra mərhələsində bərabər paylanacağı təqdirdə, illik plan xərcləri 2024-cü ildə 482,6 milyard ABŞ dolları və 2025-ci ildə 564,5 milyard ABŞ dolları təşkil edə bilər:
"Qlobal miqyasda dəmir yolu layihələrinin əksəriyyəti dövlət investisiyaları hesabına maliyyələşdirilir və qlobal planın 80,8 %-i dövlət sektoru tərəfindən maliyyələşdirilir. Dövlət-özəl tərəfdaşlığı vasitəsilə maliyyələşdirilən layihələr qlobal planın 16,7 %-ni təşkil edir, qalan 2,6 % layihə isə yalnız özəl sektor tərəfindən maliyyələşdirilir".
A.İsmayılova hesab edir ki, bu vizionu həyata keçirmək üçün güclü, bacarıqlı işçi qüvvəsinə ehtiyac var:
"Bu yaxınlarda Dünya Bankı bildirib ki, Türkiyədə dəmir yolunun karbonsuzlaşdırılmasına 600 milyon ABŞ dolları investisiya yatıracaq. Həmin investisiyalardan qadınların məşğulluğuna da yönəldiləcək".
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












