"Statistika dairəsi"ndə nəqliyyatın hərəkəti dəyişə bilər

Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə nəqliyyat vasitələrinin hərəkətində dəyişiklik edilə bilər. Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı bildirib. "Sözügedən dairədə üçbucaq formasında olan adacığın dəyişdirilərək başqa formada olması ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlamışıq. Biz bu təklifimizlə həmin ərazinin yüklənməsini azaltmaq və nəqliyyat vasitələrinin daha rahat şəkildə digər istiqamətlərdə hərəkətini bərpa etmək istəyirik", - deyə Ş. Mehmanqızı bildirib. Bundan başqa, qurum rəsmisi bildirib ki, NİİM aidiyyatı qurumlara ümumilikdə 70-ə yaxın təklif irəli sürüb, onlardan 30-u icra olunub, digərləri isə icra olunmaqdadır.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












