Sükanı titrəyən avtobusla bağlı rəsmi AÇIQLAMA: “Sərnişindaşıma marşrutu deyil” - VİDEO

Tərtər-Bakı xətti üzrə hərəkət edən sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.
Avtosfer.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan videodan aydın olur ki, magistralda hərəkətdə olarkən avtobusun sükanı qəfil titrəməyə başlayıb.
Təhlükəli vəziyyətə baxmayaraq, sürücü avtobusu yol kənarında saxlamağa nail olub. Hadisə zamanı xəsarət alan olmasa da, vəziyyət vətəndaşları ciddi narahat edib.
Videoya şərh verən izləyicilər bu və digər təhlükəli halların bölgə avtobuslarında tez-tez qeydə alındığını bildiriblər. Onlar bunu avtobuslardan bəzilərinin istismar müddətinin başa çatması ilə əlaqələndiriblər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu göndərilib.
Qurumun mətbuat xidmətindən bildirilib ki, görüntülər müntəzəm sərnişindaşıma marşrutuna aid deyil:
”Mövzu ilə bağlı araşdırma apardıq. Avtovağzaldan fəaliyyət göstərən avtobuslar reysqabağı texniki müayinəyə cəlb olunur. Görüntüdəki avtobuslar bizə aid deyil. Ona görə ki, bu avtobus hər hansı vağzaldan çıxış etməyib. Həmin nəqliyyat vasitəsi və sürücü avtovağzaldan kənar fəaliyyət göstərir. Bizdə nəzarət vağzaldan-vağzala olur. Belə hallar çox olur. Sürücülər kənardan sifariş götürürlər. Bununla bağlı dəfələrlə müraciət edirik ki, vətəndaşlar vağzala gəlib, biletini alıb buradan yola düşsünlər. Ona görə də bu kimi hallar baş verdikdə bizim səlahiyyətimizdə olmadığı üçün ölçü götürə bilmirik. Vağzaldan yola düşdükdə isə avtobuslara təkrar baxış keçirilir, daha sonra platformaya çıxarılır. Sürücülər də tibbi müayinədən keçirlər. Görüntülər iddia da ola bilər. Ancaq bu videodakı hal müntəzəm sərnişindaşıma marşrutuna aid deyil”.
Qafqazinfo
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












