"Sülhməramlıların çıxması bütün Qarabağın əsas hava qapısının tam açılmasıdır" - Hüquqşünas

"Sülhməramlıların tam olaraq Qarabağdan çıxarılması, sözsüz ki, bu ilin ən yaddaqalan hadisələrindən olacaq. Arzu edirəm ki, hər günümüz, ayımız, ilimiz belə gözəl hadisələrlərlə tarixə çevrilsin."
Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. O. bildirib ki, bu mühüm hadisənin siyasi, hüquqi, hərbi, iqtisadi, mənəvi-psixoloji və s. məqamları ilə bağlı yəqin ki, xeyli müzakirələr olacaq. Sülhməramlıların getməsinin Qarabağ iqtisadi rayonunun nəqliyyat sisteminin bütövləşməsində də vacib əhəmiyyəti var.
"Sülhməramlı kontingentin çıxması bütün Qarabağın əsas hava qapısının da tam açılması deməkdir. Kontingentin qərargahı və əsas obyektləri Xocalı aeroportunun ərazisində idi. Onlar getdikdən sonra bu hava limanı boşaldılmış olur. Düşünürəm ki, qısa müddətdə separatçıların aeroportdan apardıqları (yaxud yararsız hala saldıqları) avadanlıqları bərpa etmək və infrastrukturdakı digər çatışmazlıqları aradan qaldırmaq mümkün olacaq."
Ərşad Hüseynov bildirib ki, bu aeroport 1974-cü ildə istifadəyə verilib. "İşğal dövründə separatçı-terrorçu rejim onu yenidən qurduqdan sonra 2012-ci ildə təkrar istismara verməyə cəhd etmişdi. Həmin vaxt dövlətimizin ciddi xəbərdarlığından sonra separatçıların arzusu gözlərində qaldı. İndi isə Qarabağın hava qapısı artıq öz şahinlərini gözləməkdədir. Əminəm ki, tezliklə üçrəngli bayrağımızla bəzədilən təyyarəmiz Xocalı aeroportunun uçuş-enmə zolağnda görünəcək. Bu hava limanı Şuşa, Xankəndi, Xocalı, Ağdam şəhərlərinə və Qarabağın xeyli hissəsinə ən yaxın aeroportdur."
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












