Sumqayıtlı soyğunçular Yasamalda tutuldu - FOTO - VİDEO

Yasamal rayonunda soyğunçuluq edən Sumqayıt şəhər sakinləri saxlanılıblar. Avtosfer.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun 200 manat dəyərindəki mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri 2001-ci il təvəllüdlü Vüqar Məmmədov və 1992-ci il təvəllüdlü Ceyhun Bəylərov saxlanılıblar. Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri əraziyə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb.
Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI













