Sürücülərin nəzərinə - Bu prospekt 3 günlük bağlanır

Formula 1 yarışına hazırlıqla bağlı bu gün axşam saatlarından etibarən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə 3 günlüyünə dayandırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, alternativ olaraq, eyni müddətdə nəqliyyatın hər iki tərəfli hərəkəti Zərifə Əliyeva küçəsində təşkil olunacaq. Belə ki, Azneft dairəsindən gələn avtomobillər Rəsul Rza küçəsinə dönərək Muzey Mərkəzinin (köhnə Lenin Muzeyi) arxa tərəfindən keçməklə Zərifə Əliyeva küçəsi ilə Azadlıq meydanına qədər yolunu davam etdirə biləcəklər.
Bundan əlavə, yeraltı su xətlərinin təmiri ilə əlaqədar olaraq yanvarın 14-də səhər saat 9-dan etibarən Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












