Taksi sürücüləri çarəsiz vəziyyətdə: Borclarını ödəyə bilmirlər - VİDEO

“Maşını kreditə götürmüşəm. Hələ iki ilə yaxın borc ödəməliyəm”.
Bu sözləri Baku TV-yə müraciət edərək şikayətini bildirən taksi sürücüsü Mahir Səfərov deyib.
Onun sözlərinə görə, taksi fəaliyyətinə yararlı olduğu üçün 2008-ci ilin istehsalı olan “Toyota Prius” alıb. Lakin iyul ayının 1-dən sonra yaranacaq vəziyyətdən narahatdır.
“Desələr ki, maşınları yavaş-yavaş, iki ildən sonra dəyişin, o halda bunun üçün pul yığa bilərik. Amma qısa müddətdə maşın dəyişmək mümkün deyil. Mən işsiz qalacağam. Ailədə altı nəfərik, onlar da ac qalacaqlar. Necə olacaq, bilmirəm”, - sürücü söyləyib.
Xatırladaq ki, Nazirlər Kabinetinin sərnişindaşıma ilə bağlı müvafiq sərəncamına görə, istehsal tarixi 15 ildən aşağı olan maşının taksi fəaliyyətində istifadəsi ilə bağlı vətəndaşlar iyulun 1-dək müraciət edib birillik icazə ala bilərlər. İyulun 1-dən etibarən isə yalnız istehsal tarixi səkkiz ildən aşağı və qanunun tələblərinə uyğun avtomobil sahibləri taksi fəaliyyəti ilə bağlı müraciət edə biləcəklər.
Bu qərarın qəbulundan əvvəl bir çox taksi sürücüləri avtomobil icəradarlarından maşın kreditə götürüb, işlədikləri müddətdə müəyyən ödənişlər ediblər. Sözügedən qərardan sonra isə avtomobili qaytarıb, əvəzində ödədikləri məbləği geri ala bilmirlər.
Əlqərəz, nə pulu qaytarmaq olur, nə avtomobil işlərinə yararlıdır, nə də ki indiki halda tək gəlir mənbəyi taksi fəaliyyəti olan bu sürücülərin qısa müddətdə yeni avtomobil alması mümkündür.
Hüquqşünas Emil Aslanov isə bildirir ki, sürücülərin icəradarlara ödədikləri məbləğin geri qaytarılması real deyil:
“Avtomobil sahibləri ilə taksi sürücüləri arasında icarə müqaviləsi bağlanıbsa, bu halda icarə müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri hər iki tərəf icra etməyə borcludur”.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”










